• +994 55 966 55 44
  • info@medicalgroup.az

Derol Plus

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    19.02.2021 09:39
  • Kateqoriya:    Ağız sağlamlığı
  • Baxış sayı:    2191

Farmakoloji  xüsusiyyətləri:

D3 vitamini (Xolekalsiferol) D3 vitamini ultrabənövşəyi şüaların təsiri ilə dəridə 7-dehidroxolesteroldan sintez edilir. Daha sonra qaraciyər və böyrəklərdə hidroksilləşərək aktiv formaya (kalsitriol) çevrilir. D vitamini orqanizmdə kalsiumun sorulmasını və istifadəsini təmin edir. Sümük toxuması əsas 3 növ hüceyrələrdən təşkil olunmuşdur. Osteoblastlar, osteoklastlar ve osteositlər sümük matriksinin əsas hüceyrələridir. Bu matriksin sağlamığını təmin edən ən önəmli faktorlar  Ca və D vitaminidir. D vitamini orqanizmdə iki əsas funksiyanı yerinə yetirir:

1)      Ca-un bağırsaqlardan qana sorulması.

2)      Qanda Ca-un normal səviyyələrdə saxlanması.

K2 vitamini (Menaksinon-7) – K2 vitamini orqanizmdə bakterialar tərəfindən sintez olunur və əsas olaraq bakteriaların yaranma prosesində istifadə olunan qidaların tərkibində olur. K2 vitamininin əsas mənbələri fermentasiya olunmuş məhsullar, ət və pendir kimi süd məhsullarıdır. K2 vitamininin fərqli MK formaları vardır. Ən təbii və təsirli forması fermentasiya ilə yaranan MK-7'dir. K2 vitamini məhdud ölçüdə bağırsaq bakteriaları E. Coli və ileum (nazik bağırsaq) və kolonda (yoğun bağırsaq) yaranır. K2 vitamini sümüyün yaranması və sağlamlığının qorunmasında, eyni zamanda damarlarda kalsium toplanmasının qarşısının alınması, onun sümük toxuması vəı dişlərdə toplanmasında  önəmli rolu olan bir vitamindir.

K2 vitaminin orqanizmdə iki əsas rolu var:

1)      Qandakı kalsiumun sümüklərdə və dişlərdə toplanmasını təmin edərək bu toxumaları gücləndirir.

2)      Ca-un damar və böyrək kimi yumşaq toxumalarda toplanmasının azaldır və damarların kirəcləşməsinin qarşısını alır, böyrək kanalcıqlarında filtrasiyanın azalmasının qarşısını alır.

Göstərişləri:

Diş implantlarının qoyulmasından öncə çənə sümüklərinin keyfiyyətini və sümük miqdarını artırır. İmplant qoyulduqdan sonra osteointeqrasiya prosesinin daha sağlam həyata keçməsini təmin edir. Erkən və gecikmiş dental implant uğursuzluqlarının (DİF) qarşısını alır. Augmentasiya, sinuslifting əməliyyatlarından sonra sümük toxumasının bərpasını sürətləndirir. Çənə sümüklərinin daimi sağlamlığının qorunması məqsədi ilə ildə bir dəfə müntəzəm qəbul edilməsi məsləhət görülür.  

 

Hər 0.2 ml-nin  (6 damcının) tərkibində

Təsiredici maddələr: MK7 kimi K2 vitamini (Menaksinon-7 miqdarı min. 0.45%) – 5.0 mg,

Xolekalsiferol yağda (D3 vitamini) (Xolekalsiferol miqdarı min. 2.5%) – 1.0  mg 

Köməkçi maddələr: MCT Oil (refined) / MTC yağı (saflaşdırılmış), tocopherol rich extract / tokoferol zəngin ekstrakt.

İstifadə qaydası:    14 yaşdan yuxarı uşaqlar və böyüklər 3-6 damcı gündə 1 dəfə.

 

Buraxılış forması:   “ Derol Plus ” 10 ml -damcı, şüşə flakonda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Əks göstərişləri: Nadir hallarda  preparatın  komponentlərindən  hər  hansı  birinə  qarşı  fərdi  həssaslıq.
Hamiləlik və laktasiya zamanıHamiləlik və laktasiya dövründə həkim nəzarəti altında  istifadə edilə bilər.

İstehsalçı: PharmaLinea Ltd., Cesta v Mestni log 88a, Sl-1000 Ljubljana, Sloveniya lisenziyasina əsasen ErgoPharma d.o.o., Gaji 1, Sl-3000 Celje, Sloveniya tərəfindən istehsal olunub.

Distributor: Azerbaijan Medical Group”


Rəylər (17)


Profile Picture
Xatirə Vəliyeva

15.05.2021 16:42

Həkim mənə təyin elədi. aldım. çox sağolun


Profile Picture
Məğrur

20.05.2021 10:31

Derol plusdan ,oxlu sayda almaq istəyirəm. Mənə endirim edə biləcək aptekə yönəldə bilərsiniz? öncədən təşəkkürlər


Profile Picture
dr Vidadi

15.05.2021 16:44

Men implant qoydugum xestelerime teyin edirem. İlde bir ay içmelerini de meslehet gorurem


Profile Picture
Nigar Əzizova

19.05.2021 16:46

Super dərmandı. Qohumum məsləhət gördü. aldım içdim.. 4 gündə dizlərimdəki ağrı keçdi. indi bütün qohumlarıma derolu məsləhət görürəm.) çox sağolun


Profile Picture
İlahe Mustafayeva

29.05.2021 22:42

mən əczaçıyam. son aylarda hərgün derol plus satırıq. alanlar da tərifliyir. özüm də başlamışam içməyə. görək nolacaq


Profile Picture
Nigar

16.05.2021 10:16

Salam hansı apteklərdə satılır?


Profile Picture
Medical Group

31.05.2021 11:13

Salam hörmətli müştərimiz. Derol plus məhsulunu ölkənin bütün apteklərindən əldə edə bilərsiniz. sualınız üçün təşəkkürlər



Profile Picture
Əhmədov Kənan

20.05.2021 23:26

elaaaaaaaa


Profile Picture
Medical Group

27.05.2021 15:00

Çox sağolun



Profile Picture
Aqil

25.05.2021 16:51

Mən implant qoydurdum. Həkim bunnan yazdı. bilmək istiyirdim bütün apteklərdə var?


Profile Picture
Medical Group

31.05.2021 11:15

Salam hörmətli Aqil bəy. Derol plus məhsulunu bütün apteklərdən əldə edə bilərsiniz



Profile Picture
İlahe Mustafayeva

11.06.2021 00:48

mən əczaçıyam. son aylarda hərgün derol plus satırıq. alanlar da tərifliyir. özüm də başlamışam içməyə. görək nolacaq


Profile Picture
Samir

28.05.2022 13:00

Salam.Mən əməliyyat olmuşam Həkim bundan mənə yazıb.Amma deyir həftədə 1 flakon bütöv iç. Belə içmək olarmı?


Profile Picture
Sabina Ahmadova

02.05.2023 16:17

butun apteklerde var?cox sagolu n


Profile Picture
Sabina Ahmadova

02.05.2023 16:17

men yasadigm erazideki apteklerden derhAL SORUSACAM


Profile Picture
Vefa Abbasova

02.05.2023 16:18

COX GOZEL DERMANDIR


Profile Picture
Vefa Abbasova

02.05.2023 16:18

SAGOLUN MELUMATLARA GORE TAM ETRAFLI YAZIRSIZ