• +994 55 966 55 44
  • info@medicalgroup.az

Adonis Forte

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    05.06.2023 16:02
  • Kateqoriya:    İmmun sistem
  • Baxış sayı:    3050


Omeqa 3 –ilə balanslaşdırılmış vitamin, mineral və mikroelement kompleksi

   

TƏRKİBİ:
Hər 5 ml siropun tərkibində:

               

Vitaminlər:                                                                          
Omega -3 (EPA, DHA)............................................1500 mq   
Vitamin C (Ascorbic acid).....................................45 mq  
Vitamin D3 (Cholecalseferol).........400 UI(10mkg)   
Vitamin E (Alfa-tocopheril)...............12 IU(8,04mq) 

Vitamin B2 (Riboflavin)...........................................0,8 mq
Vitamin B6 (Pyridoxine Hidrochloride)......1,8 mq
Vitamin B9 (Folic acid).......................................200 mkq
Vitamin B12 (Sianocobalomin).....................2,5 mkq
Vitamin K2 (Menaquinone)...............................20 mkq

 

Makro və mikroelementlər:
Kalsium.............................................250mq

Sink..........................................................25 mq

Maqnezium Mq.........................182 mq

Selenium methionine........105mkq

  

ADONİS FORTE orqanizmin bütün vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Omega -3 (EPA, DHA) doymamış yağ turşularının dokosaheksayen (DHT) və eikosapentayen turşusunun (EPT) kombinasiyasıdır. Güclü antioksidant, iltihabəleyhinə, regenerasiyaedici və hipoqliserimik təsirlərə malikdir. ASLP və OSLP miqdarını tənzimləməklə onların hüceyrə membranına zədələyici təsirlərinin qarşısını almaqla yanaşı, hüceyrə membranının struktur elementlərinin sintezini stimulə edərək onların sürətli regenerasiyasını təmin edir. Essensial yağ turşularının  biosintezini sürətləndirməklə Prostaqlandin E2-nin sintezini aktivləşdirərək, güclü iltihab əleyhinə təsir göstərir. Tərkibindəki doymamış yag turşularının təsiri ilə lipid mübadiləsini tənzimləməklə aterosklerozun yaranma riskini azaldır. Vitamin C (Ascorbic acid) metabolik təsirə malikdir. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. Vitamin D3 (Cholecalseferol)   antiraxitik vitamin olub orqanizmde kalsium-fosfor mübadilasini normallasdirir, ana südü ilə qidalanan uşaqlarda raxitin inkişafının qarşısını alır. Sinir ve ürak-damar sisteminin funksivasini yaxsilasdirir. Vitamin E (Alfa-tocopheril)  orqanizmdə oksidləşmə reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir. Tokoferol zülalların sintezində iştirak etməsi hesabına hüceyrələrin oksigenlə təchizatını təmin edərək toxuma tənəffüsündə iştirak  edir. Hüceyrəarası sahədə kollagen və elastiki liflərin sintezini stimulə etməklə hüceyrəvi proteksiyanı və toxuma proliferasiyasını həyata keçirir. Damar divarının tonusunu və keçiriciliyini normallaşdırır, angioprotektiv təsir göstərir. Qanı  durulaşdırmaqla və laxtalanmanın qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Tokoferol bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. Mayalanmanın baş tutması, cinsiyyət sisteminin formalaşması və cinsi funksiyanın yerinə yetirilməsində başlıca rol oynayır. Vitamin E-nin avitaminozu zamanı kişilərdə cinsi funksiyaların aşağı düşməsi, spermatogenezin pozulması, qadınlarda isə menstruasiya tsiklinin pozulması və hamiləlik zamanı düşüklərə meyilliyin artması müşahidə olunur. Vitamin B6 (Pyridoxine Hidrochloride) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. Vitamin B9 (Folic acid) dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Eyni zamanda, fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu immun sistemini gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir. Vitamin B12 (Sianocobalomin) eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin,Vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

Vitamin K2 (Menaquinone)  Passiv osteokalsini aktiv osteokalsinə çevirərək, MGP (Matrix Gla Protein) adlı zülalı aktivləşdirərək Ca-ın sırf sümük toxumasına daşınmasını və toplanmasını təmin edir.  

Kalsium hesabına orqanizmdə kalsim defsitini aradan qaldırır və minerallaşmanı sürətləndirməklə sümük toxumasının möhkəmliyini artırır. Sink  hüceyrə metobolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edir. Hüceyrə membranının struktur möhkəmliyini, vitamin E-nin biomənimsənilməsini, orqanizmdə insulinin sintezini və toplanmasını  təmin edir,  insulinə həssaslığı artırır. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Qonodotrop hormonların (FSH, LH) tərkibinə daxil olmaqla sintezini və sekresiyasını aktivləşdirərək  spermatogenezi(oogenezi) stimullaşdırır və cinsi funksiyaların yerinə yetirilməsində iştirak edir. Qadınlarda estrogendən asılı prosesləri tənzimləyərək uşaqlıq əzələlərinin ınkişafını stimulaşdırır, nəticədə  dölün inkişafını təmin etməklə yanaşı düşüklərin də qarşısını alır. Çəngələbənzər vəzin funksiyasını aktivləşdirməklə timin və timozinin səviyyəsini artırır, T-limfositlərin və makrofaqların sintezini sürətləndirir, neytrofillərin müdafiə aktivliyini tənzimləyərək və antitel hazırlanmasını stimulaşdırmaqla  immunitetin formalaşmasında iştirak edir. Selenium methionine 200-ə yaxın ferment və hormonun tərkibinə daxil olmaqla bir çox həyati vacib proseslərin  yerinə yetirilməsində eləcədə orqanizmin enerji ilə təmin edilməsində  mühüm rola malikdir. Qlutationperoksidaza fermentinin əsas tərkib komponentlərindən olub, sintezini stimulə edir və orqanizmin antioksidant müdafiəsini təşkil edir. İmmun sistemi formalaşdıran hormonların, tiroid və  cinsi hormonların sintezində birbaşa iştirak edir. Antikanserogen təsirə malikdir.

   

GÖSTƏRİŞLƏRİ:

·         Vitamin, mineral və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral və mikroelementlərə tələbatın artdığı hallar

·         İmmun sistemin zəifləməsi; kütləvi virus və bakteriyal infeksiyaların yayılması zamanı

·         Orqanizmin istənilən infeksion və qeyri-infeksion xəstəliklərə qarşı müqavimətinin gücləndirilməsi məksədi ilə.

·         Cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası

·         Göz xəstəlikləri

·         Xroniki yorğunluq sindromu.

·         Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.

·         Müxtəlif etiologiyalı dermatit və dermatozlar.

·         İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı

·          Uşaqlarda artıq zehni yüklənmə zamanı

 

ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

 

İSTIFADƏ QAYDASI VƏ DOZALANMASI:

1-3 yaş uşaqlar 2,5 ml;

 4-14 yaş 5 ml;

14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml gündə bir dəfə səhər yeməyi zamanı qəbul edilir. Müalicə müddəti 1-3 aydır.

   

BURAXILIŞ FORMASI: Adonis Forte  120 ml-lik şüşə flakonlada,  içlik vərəqi  ilə birgə karton qutuda qablaşdırılıb.

 

SAXLANMA QAYDASI: 25ºC–dən  yuxarı olmayan temperatur şəraitində, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

YARARLILIQ MÜDDƏTİ: 3il. Yararlıq müddəti bitdikdən sonra qəbulu qadağandır.

 

Adonis Forte  məhsulun və əmtəə nişanının sahibi “Azərbaycan Medical Gruop 

  

Keywords:

Vitamin dermani

İmunitet dermani

Usaq ucun vitamin

Muqavİmeti artiran derman

Vitamin kompleksi


Rəylər (0)