• +99455 677 66 22
  • info@medicalgroup.az

ActiMax

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    15.10.2021 18:22
  • Kateqoriya:    Dayaq hərəkət sistemi
  • Baxış sayı:    2882

ActiMax

 

Tərkibi: Hər 1(bir) tabletdə:

Kalsium karbonat......... 400 mq

Sink qlukonat.................7,5 mq

Kollagen..........................20 mq

Vitamin K2.....................25 mkq

Vitamin D3........................6 mq

Mis sitrat..........................1 mq

   

Kalsium karbonat duzu ən yüksək səviyyədə kalsiuma malikdir. Kalsium sümük və dişlərin inkişafı üçün  vacibdir. Bədəndəki kalsiumun 99%-i sümük və dişlərdə mövcuddur. Bədən qidadan kifayət qədər kalsium almırsa, onu sümük və dişlərdən əldə etməyə başlayır.

Vitamin D3 kalsiumun normal sorulması və qanda normal səviyyədə saxlanması üçün vacibdir.

Vitamin K2 kalsiumu sümüklər yönəltməyə və sümüklərdə saxlanmasına kömək edir. Vitamin K2, Vitamin D3 ilə birlikdə sümüklərin normal vəziyyətini qorumağa kömək edir.

Sink sümük toxumasının meydana gəlməsini və minerallaşmasını dəstəkləyən proseslərdə iştirak edir. Sümük toxumasına daxil olarkən sink digər mineralları cəlb edir. Buna görə də sümüklərin normal vəziyyətinin qorunması üçün vacibdir.

Kollagen dərinin 70%-ni, oynaq qığırdağının 53%-ni, sümüklərin 27%-ni, diş ətinin 60%-ni və və qan damarları divarlarını təşkil edən vacib zülallardan biridir.

Mis birləşdirici toxumanın normal funksiyasını, sinir sisteminin fəaliyyətini, enerji mübadiləsini, hüceyrənin oksidəşdirici stressdən qorunmasını təmin etməyə kömək edir.

   

İstifadə qaydası:

18 yaşdan yuxarı şəxslər 1 tabletdən gündə 1 dəfə qəbul etməlidir. İsitfadə müddəti bir iki ay davam edə bilər.

 

 

Göstərişlər:

Revmatoloji:

revmatoid artrit, artrit, osteoartroz,  müxtəlif mənşəli oynaq ağrıları

 

Travmatoloji:

sümük, əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların ağrıları və travması, spondilyoz, bel və boyun ağrıları kimi hallarda.

 

Nevroloji:

fəqərəarası protruziya, fəqərəarası yırtıq, disk sürüşməsi, osteoxondroz, oynaqlarda aparılan əməliyyatdan sonrakı reabilitasiya zamanı, radikulopatiya, birincili və ikincili müxtəlif lokalizasiyalı steoporozlar

   

İstehsalçı:

JSC Acontum. Inovaciju küç. 4, FEZ, Kaunas, Litva 


Rəylər (2)


Profile Picture
Samira

02.08.2022 14:16

Actimax Neçiyedi ?


Profile Picture
Sabina Ahmadova

26.04.2023 09:32

mehsul cox gozeldir,faydasini gorduk.Allah razi olsun sizden