• +99455 677 66 22
  • info@medicalgroup.az

Restabyl

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    03.06.2023 18:48
  • Kateqoriya:    Sinir sistemi
  • Baxış sayı:    4625

RESTABYL

Hər bir kapsulun tərkibində:

Valerian officinalis............…...120 mg

Griffonia simplicifolia..............100 mg

Eschscholtzia californica............75 mg

Passiflora incarnata.....................40 mg

Melissa officinalis.......................20 mg

Tilia platyphyllos........................10 mg

Melatonin......................................1 mg

Vitamin B12.............................2.5 mkg

Buraxılış forması: Restabyl  № 30  kapsul.Farmakoloji  xüsusiyyətləri:

Valeriana officinalis – Başqa adı Pişikotu olan bu bitkinin kökü yuxu problemlərində ən çox istifadə edilən 5-6 şəfalı bitkidən ən vacibidir. Pişikotu (Valeriana officinalis), tez tez yuxudan ayılma, dərin yuxuya getməmə, narahatlıq və nevroloji səbəblərdən yaranmış yuxu pozuntularına qarşı istifadə edilir. Pişikotu (Valeriana officinalis), nevroloji narahatlıq, sinir mənşəli mədə bağırsaq ağrıları, sinir mənşəli ürək problemləri, gərginlik, narahatlıq, qorxu, stres kimi problemlərdə faydalıdır. 

Griffonia simplicifolia - Stresi azaldan və yuxunu normallaşdıran: Serotonin, yuxu və oyanıqlıq dövlərinin ritmini tənzimləyən təbii bir hormon olan melatoninin prekursoru olduğu üçün, serotonin səviyyəsi artdığı zaman, melatonin səviyyəsi də artır, yuxu daha dərin və şirin olur. Bundan əlavə depressiya əleyhinə, çəki atmaq üçün, asılılıqlardan qurtulmaq üçün, yuxunu normallaşdırmaq üçün, premenstural sindrom (PMS) və migren migren müalicəsi kimi funksiyalara da malikdir. 

Eschscholtzia californica – Başqa adı Kaliforniya laləsi olan bu bitki sakitləşdirici bitkilər arasında ən güclüsüdür. Qədim zamanlardan ağrını, nevralgiyanı, narahatlığı, stresi, depresiyanı, miqreni müalicə etmək və yuxu gətirici kimi istifadə edilmişdir.  19-cu əsrin sonlarından etibarən maye ekstrakt ilə yuxugətirici və analgetik təsirləri üçün istifadə edilmişdir. 

Passiflora incarnata -   sağlam və rahat yuxunu təmin edir, antispazmolitik və sakitləşdirici təsir edir. Bu bitki adətən yuxusuzluq əleyhinə istifadə edilir. Restabyl-tərkibindəki  viteksinlə zəngin flavonoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək  əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır. 

Melissa officinalis (Ballı nanə/Bədrənc) - tərkibi  doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodulyator, virus əleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər  Melissanın tərkibindəki konkret komponentlərin məsələn; sitronellanın – güclu sedativ təsiri, geraniollanın – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virus əleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. 

Tilia platyphyllos – Bir araşdırma enliyarpaqlı cökə (Linden flower) tumurcuqlarından alınan ekstraktın güclü sakitləşdirici təsirinin olduğunu göstərir. Başqa bir araşdırma bu biktinin ekstraktının, insanın sinir sistemində oyanmanın qarşısını aldığını və gamma-aminobutirik asidin (GABA) aktivliyinə bənzər aktivlik göstərdiyini otraya çıxarıb. 

Melatonin – epiviz vəzi tərəfindən ifraz edilən bir hormondur. Normal halda melatonin sintezi gecə saat 1100-0200 arası maksimal həddə çatır. Bu hormon yuxuya getməni və yuxu ritmini tənzimləyir. Həmçinin gün ərzində insanın gümrah və enerjili olmasını təmin edir.

Vitamin B12 - melatonin əməlgəlməsində mühüm rol oynayır. Onun çatmamazlığı mərkəzi sinir sistemində geri dönməyən prosesə səbəb olur. B12 çatmamazlığı sinir sisteminin degenerasiyasına səbəb olur, neyronların hüceyrə memnranı və mielin qışası yarana bilmir.

 

Göstərişləri:

·       Yüksək sinir oyanıqlığı və emosional üzülmə;Yüngül depressiyalar;

·       Neyrosirkulyator distoniya

·       Əsəb gərginliyi. “Menecer” sindromu

·       Simpatik aktivlik fonunda sıx ürək ritmi.

·       Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya.

·       Ağrı və əzələ spazmı, gastrointestinal spazm.

·       Həyəcan, qıcıqlanma, qorxu, özünə güvənməmə ilə müşayiət olunan  nevrotik reaksiyalar

·       Yuxusuzluq

·       Qadınlarda hamiləlik nevrozu, klimakterik nevroz

·       Psixoloji gərginliklə əlaqəli dermatozlar və s.

·       Parasteziyalar;

Əks göstərişləri: Nadir hallarda  preparatın  komponentlərindən  hər  hansı  birinə  qarşı  fərdi  həssaslıq.

İstifadə qaydası:  18 yaşından böyüklər 1 – 2 kapsul gündə bir dəfə qəbul etməlidir. Yuxusuzluq problemi zamanı isə yatmazdan 20 dəqiqə əvvəl bir stəkan su ilə daxilə qəbul edilməlidir.

Hamiləlik və laktasiya zamanı: Hamiləlik və laktasiya dövründə həkim nəzarəti altında  istifadə edilə bilər.

Buraxılış forması: Restabyl  № 30  kapsul.

İstehsalçı:  Laboratorios BIO-DIS. Polígono Industrial Majaravique, 30-D. 41309 La Rinconada, Sevilla, Ispaniya. 


Rəylər (0)