• +994 55 966 55 44
  • info@medicalgroup.az

SPAİNjoint

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    28.09.2023 05:41
  • Kateqoriya:    Dayaq hərəkət sistemi
  • Baxış sayı:    2718

SPAİNjoint

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsinə dair təlimat

 

Tərkib: Hər 2 (iki ) tabletdə

Təsiredici maddələr:

Glucosamine sulfate ………………………………..600 mg,

Chondroitin sulfate …………………………………300 mg,

MSM / Metilsulfanilmetan ……………………….650 mg,

Collagen (type ll) ……………………………………..120mg;

Boswellia serrate (Boswelia Serrata L.) ……...70 mg,

Cetyl myristoleate (SM) …………………………..300 mg;

Cholecalciferol (Vitamin D) ……………………..400 IU,

Calcium bisglycinate ………………………………..190mg;

Hyaluronic acid ……………………………………….100 mg

 

Qlükozamin sulfat və Xondroitin sulfat hər ikisidə oynaq qığrdaqlarının əsas tərkib hissəsini təşkil edən zülallardır. Yaş artdıqca orqanizmə bu maddələrin sintezi azalmağa başlayır. Bu səbəbdən də bu maddələrin oral yolla qəbulu, oynaq və sümük xəstəliklərində, xüsusiylə osteoartrit (duzlaşma) və sümük əriməsi  kimi xəstəliklərin müalicəsinə yardım edir. İltihab əleyhinə təsiri olduğu üçün oynaqlarda olan ağrı, şişkinlik və qızartını aradan qaldırır. Oynağın elastikliyi və sürüşkənliyini arıtırır.

 

 Metilsulfanilmetan qığırdağın tərkibində olan mühim maddədir. Tərkibində kükürd var və insan orqanizmi üçün xüsusiylə də oynaqlarda olan ağrı iltihabı aradan qaldırır və zədələnmiş oynaq toxumasının bərpasını sürətləndirir. Qığırdağın elastikliyini və nəmliyini təmin edir.

 

Kollagen dərinin 70%-ni, oynaq qığırdağının 53%-ni, sümüklərin 27%-ni, diş ətinin 60%-ni və və qan damarları divarlarını təşkil edən vacib zülallardan biridir.

 

Bosvelliya serrata bitkisi oynaqda olan ağrıları və iltihabı aradan qaldırır, hərəkət aktivliyini bərpa edir.

 

Vitamin D3 kalsiumun normal sorulması və qanda normal səviyyədə saxlanması üçün vacibdir.

 

Kalsium sümük və dişlərin inkişafı üçün  vacibdir. Bədəndəki kalsiumun 99%-i sümük və dişlərdə mövcuddur. Bədən qidadan kifayət qədər kalsium almırsa, onu sümük və dişlərdən əldə etməyə başlayır.

 

Hialuron turşusu orqanizm üçün çox mühim əhəmiyyəti olan bir maddədir. Dəri və qığırdaqların elastikliyini və nəmliyini təmin edir. Yaşlanmanı gecikdirir. Oynaqları aşınmadan qoruyur.

 

 

Köməkçi maddələr: Microcrystalline cellulose ,PVP , Magnesium stearate, Silicon dioxide.

 

İstifadəsinə tövsiyyələr:

Oynaq və oynaqətrafı yumşaq toxumaların ağrı və travması, revmatoid artrit, artrit, revmatizm, osteoartroz, oynaqlarda aparılan əməliyyatlardan  sonra reabilitasiya zamanı kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə edilir.

Əks göstərişlər: Tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq.

İstifadə qaydası və dozası: 18 yaşdan yuxarı böyüklər 1(bir) tabletdən gün ərzində 2(iki) dəfə daxilə qəbul etməli.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Xəbərdarlıq: BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.  

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. 

Buraxılış forması:  SPAİNjoint №60 tablet blisterdə, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

Saxlanma şəraiti: Uşaqların əli çatmayan yerdə saxlanmalı. Birbaşa günəş şüalarından, yüksək temperaturdan və soyuducudan uzaq saxlanmalı. Sərin və quru yerdə saxlanmalı.  25° C-dən yüksək olmayan temperaturda saxlanmalı.

Yararlılıq müddəti: 3 il. Müddət bitdikdən sonra istifadəsi qadağandır.

İstehsalçı ölkə: Laboratorios BIO-DIS. Polígono Industrial Majaravique, 30-D. 41309 La Rinconada, Sevilla, Ispaniya

 

 

Rəylər (0)