• +994 55 966 55 44
  • info@medicalgroup.az

SeraMel

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    05.06.2023 16:30
  • Kateqoriya:    Sinir sistemi
  • Baxış sayı:    5766
 


TƏRKİBİ  Hər 1 ml siropun tərkibinə daxildir:

 

Melatonin........................................1 mq

Qlisin............................................200 mq

Maqnezium.............................120 mq

Vitamin B5....................................5  mq

   

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

SeraMel  - Melatonin,Qlisin, Mg və B5 vitamini ilə kombinə edilmiş sedativ preparat

   SeraMel preparatının tərkibindəki Glisin  amin turşu olub, mərkəzi sinir sistemində (MSS) tormozlayıcı funksiyaları stimulyasiya edən neyromediatordur. O,neyronlardan qıcıqlandırıcı amin turşuların ayrılmasını ləngidir, metobalizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. 

   SeraMel preparatının tərkibindəki Melatonin beynin epifiz vəzi tərəfindən sintez olunan maddədir. Melatonin yuxu siklini (sirkad ritmini) tənzimləyir, yuxusuzluğu aradan qaldırır, sedativ təsir edir.  Melatoninin qanda maksimal konsentirasiyası gecə yarıdan səhər saat 3-4 -ə kimidir. Həmçinin Melatonin endokrin sisteminin fəaliyyətini, arterial təzyiqi tənzimləyir. Antioksidant xüsusiyyətə malikdir: melatonin sərbəst radikalları neytrallaşdırır və orqanizmin sərbəst radikallardan müdafiə faktoru olan “qlütationperoksidazanı” aktivləşdirir. Melatoninin antioksidant təsiri əsasən DNT-nin müdafiəsinə yönəldilib. İmmun sisteminin fəaliyyətini artırır. Qocalma prosesini ləngidir. Melatonin Yuxu ritmini və keyfiyyətini normallaşdırır. Melatonin stress əleyhinə, antioksidant və immuniteti stimuləedici xüsusiyyətlərə malikdir.

   SeraMel preparatının tərkibindəki Maqnezium  (Mg) bütün  hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrədaxili kation hesab edilir. Maqnezium neyronların oyanıqlığını azaldaraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün  fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

  SeraMel preparatının tərkibindəki Vitamin B5 (pantoten turşusu) onsuz heçbir oksidləşmə və biosintez prosesləri getmir.  Böyrək üstü vəzin hormonlarının stimulyatorudur, anticisim sintezində iştirak edir. Neyrotrop vitamindir.Vitamin B5  antioksidant təsir göstərir, epitelial toxumanın müqavimətini artırır, yaraların  sağalmasını tezləşdirir.

   

GÖSTƏRİŞLƏRİ:

 

Yuxu pozğunluğu və yuxusuzluq,

Yüksək sinir oyanıqlığı, Əsəb gərginliyi, Hiperaktivlik,

Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya,

Müxtəlif mənşəli Nevrozlar,

Vegetativ-damar distoniyası, astenonevrotik sindrom (sinir gərginliyi, qıcıqlanma, əllərin tərləməsi, tremor)

Mədə-bağırsaq traktının xəstəliklərinin kompleks müalicəsi (nevrotik qastrit və s.), qastrointestinal spazm, bağırsaqların qıcıqlanma sindromu,

Neyrodermatitlərin və qaşınan dermatozların kompleks müalicəsində.

   

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: 

1 – 3 yaş arası 0,5 – 1 ml gündə 1 dəfə,

4 – 10 yaş arası 1 – 2,5 ml gündə 1 dəfə,

11 – 18 yaş arası 2,5 – 4 ml gündə 1 dəfə,

18 yaşdan yuxarı 5 ml-dən gündə 1 dəfə qəbul olunur.

 

ƏKS GÖSTƏRIŞLƏRI: Preparatın tərkib hissəsinə qarşı hiperhəssaslıq

 

BURAXILIŞ FORMASI: SeraMel 120 ml  flakonlarda, ölçü qaşığı ilə birgə istehsal edilir.

   

Keywords:

Yuxu dermani

Rahat yatmaq ucun derman

Siramel

Yuxuya getmek ucun derman

Derin yuxu ucun derman

Yuxusuzluq ucun derman

Usaq ucun yuxu dermani


Rəylər (0)