• +994 55 966 55 44
  • info@medicalgroup.az

MAXİmin

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    24.05.2023 16:35
  • Kateqoriya:    Sinir sistemi
  • Baxış sayı:    5383
 


Tərkibi:   Hər  1 (bir) kapsulun tərkibində:

Choline alfoserate ( Xolin alfoserat )........300 mg     

Pantothenic acid ( B5 vitamini ).................5 mg 

 

MAXImin - Nootrop , Mərkəzi xolinomimetik preparatdır. Hipokampda asetilxolin ifrazını artırır, beynin transduksiya (siqnal ötürmə) funksiyalarını inkişaf etdirir.  Beynin öyrənmə və yaddaş ilə əlaqəli mərkəzlərində meydana gələn yaşla bağlı orqanik dəyişiklikləri azaldır.

 

Farmakokinetikası:   MAXImin -in tərkibindəki xolin alfoseratın 90%-i qastrointestinal sistemdən sorulur. Hemato-ensefalik bariyeri rahatlıqla keçir. Mərkəzi sinir sisteminin neyronlarında bol miqdarda depolanır. Vitamin B5, Na-a bağlı bir aktiv daşıma sistemi yolu ilə bağırsaq hüceyrələrinə sorulur.

 

Farmakodinamikası:  Orqanizmə daxil olduğu zaman, , enzimlərin təsiri altında xolin və alfoserata parçalanır.  MAXImin  əsasən Mərkəzi Sinir Sisteminə (MSS) təsir edən xolinomimetikdir. Preparatın tərkibində olan  40,5% xolin, Baş beyində ayrılaraq, sinir oyanmasının əsas mediatoru olan asetilxolininin biosintezində iştirak edir. Alfoserat qliserofosfata qədər biotransformasiya olur, hansıki bu da fosfolipidlərin (membran fosfolipidi)  ön məhsuludur. Nəticədə reseptorların funksiyası və elastikliyi yaxşılaşır. MAXImin  beyin qan dövranınl yaxşılaşdırır, Baş Beynin retikulyar formasiya strukturunu aktivləşdirir. Farmakodinamiki araşdırmalar MAXImin -in sinir impulslarının sinaptik, həmçinin xolinergik ötürmələrinə (neyrotransmissiya) təsir etdiyini sübut etmişdir. 

MAXImin preparatının tərkibində olan Vitamin B5 asetilxolinin yaranması üçün vacib bir vitamindir. Vitamin B5 qəbulu yaşla əlaqədan beyin funksiyalarında zaifləmə və yaddaşın itməsi  kimi nevroloji xəstəliklərin qarşısını alır. Depressiyanın müalicəsində əvzsiz rolu vardır. Mielin yaranmasına yardım edir. Vitamin B5 Koenzim A yaranmasında iştirak edərək glutationun səviyyəsini artırır və hüceyrələri peroksidativ stressdən qoruyur.


Göstərişləri:

- İşemik və hemorragik tipli Beyin qan-dövranı pozğunluğu (kəskin və bərpa dövrü)

- Serebrovaskulyar çatmamazlıq nəticəsində yaşlılarda yaranan birincili və ikincil  koqnitiv pozuntular

- Yaddaş pozuntuları, Özünü itirmələr, Dezorientasiya, Diqqətin azalması və itməsi.,

- Ətraf mühitdə özünü aparmanın pozulması (Qıcıqlanmanın artması, Marağın azalması)

- Retikulyar formasiyanın aktivləşdirilməsi.

- Öyrənmə və yaddaş pozuntularında

- Yaşla bağlı əqli geriləmə - Demensiya

- Alsheimer xəstəliyi




İstifadə qaydası: 18 yaşdan yuxarı böyüklər 1-2 kapsuldan  gündə 2-3 dəfə.

 

Əks göstərişləri: 

Komponentlərindən  hər  hansı  birinə  qarşı  fərdi  həssaslıq, Hamiləlik və laktasiya dövrü.

MAXImin -in eliminasiyası 86% ağciyərlər, 15% sidik və fekal yolla baş verir.

 

Buraxılış forması:  MAXImin  №20 (kapsul)

 

İstehsal:   “BF-ESSE”  Riga,  Latvia.      


Distributor:
       “Azerbaijan Medical Group”





keywords:

 

MAXImin, maksimin, maxsimin, kolin alfaserat, derman, dərman, dermanı, dermani, insult dermani, beyin dermani, sinir dermani


  

Rəylər (0)