• +994 55 966 55 44
  • info@medicalgroup.az

OdriMax

  • Опубликовано:    Medical Group
  • Дата публикации:    21.11.2023 16:05
  • Категория:    Sinir sistemi
  • Количество просмотров:    901


Tərkibi: Hər 1 (bir) kapsulda:

Maqnezium sitrat (Mg+2) – 400 mq

B6 vitamini – 2.8 mq

 

Mg+2, orqanizmin bütün toxumalarında olan və hüceyrələrin normal fəaliyyəti üçün  lazımlı, bir çox metabolik reaksiyada iştirak edən həyati vacib bir elementdir. Xüsusiylə, NMDA, glutamat və glisin reserptorlarını blokada etməklə, sinir impulslarının ötürülməsinin tənzimində və əzələ yığılmalarında rol oynayır.

Orqanizm qidadan Mg+2 alır. Orqanizmdə Mg+2 çatışmazlığı, zəif qidalanma, Mg+2 ehtiyacının artması və ya Maqnezium qəbulu ilə metabolizm və Mg+2 eliminasiyası arasında balans pozulması olduğu zaman müşahidə edilir. Həmçinin fiziki və zehni stress, hamiləlik zamanı, diuretik istifadəsi zamanı da müşahidə edilir.

Mg+2 organizmdə 300-ə yaxın fermentin aktivləşməsində rol oynayır. ATF-aza fermentlərini aktivləşdirərək hüceyrə daxili enerji yaranmasında vacib rol oynayır.

Mg+2 hormon sintez edən hüceyrələrin fəaliyyətini dəstəkləyir. Məsələn insulin, tiroid hormonları və testosteron hormonlarının yaranmasını tənzimləyir. Mg+2 hormonların ifraz olunmasında da rol oynayır. Məsələn, Mg+2 paratiroid hormonun ifrazını artıraraq qanda kalsium səviyyəsini tənzimləyir. Bundan Mg+2 başqa hormonların hüceyrələr tərəfindən işlənməsində rol oynayır, belə ki, Mg+2  insulinin hüceyrələrə bağlanmasına və təsirinin meydana çıxmasında rol oynayır.

Piridoksin (B6 vitamini), sinir sistemi metabolizminin tənzimlənməsində bir çox metabolik prosesdə iştirak edir. B6 VitaminiMg+2 -un gastrointestinal sistemdən sorulmasını və hüceyrələrə penetrasiyasını artırır. B6 vitamini (piridoksin) və Mg+2, sinir sisteminin sağlamlığı və fəaliyyəti üzərində birlikdə önəmli təsirlərə malikdilər. Sinir hüceyrələrinin birbiri ilə əlaqələrini tənzimləyir və sinir sistemi sağlamlığını dəstəkləyirlər.

1. Sinir ötürülməsi: Sinir sistemi, sinir hüceyrələri (neyronlar) arasında elektrik və kimyəvi siqnalların ötürülməsi  ilə çalışır. B6 vitamini, sinir hüceyrələrinin sağlam bir şəkildə əlaqə qurmasına yardım edən neyrotransmitterlərin sintezində önəmli bir rol oynayır. Xüsusiylə serotonin, dofamin, norepinefrin və QAYT kimi neyrotransmitterlərin yaranması üçün B6 vitamini vacibdir. Mg+2 isə sinir hüceyrələrindəki sinir impulsunun ötürülməsini tənzimləyir.

2. Stress və həyəcan: B6 vitamini və Mg+2, streslə mübarizə və narahatlıq səviyəsinin azalmasında önəmli rol oynayır. B6 vitamini, stres hormonu kortizolu tənzimləyir və sinir sistemi üzərində sakitləşdirici təsir göstərir. Mg+2 isə stresin səbəb olduğu neyronal gərginliyi azaldır və sakitləşdirici təsir göstərir.

3. Yuxu ritmi: B6 vitamini və Mg+2, yuxu ritmi üzərində də təsirləri var. B6 vitamini, yuxu hormonu melatonin sintezinə yardım edir və yuxu keyfiyyətini yaxşılaşdırır. Mg+2 isə sinir sisteminin rahatlamasına yardım edir və yuxu ritmini tənzimləyir.

4. Sinir Zədələnməsi və Sinir İltihabı: B6 vitamini neyroprotektiv təsir göstərir. Mg+2 isə iltihab əleyhinə xüsusiyyətlərə malikdir və sinir iltihabını aradan qaldırır.

B6 vitamini və Mg+2 -un sinir sistemi üzərindəki təsirləri bir-birini tamamlayır. Sinir hüceyrələrinin sağlam rabitəsi, stresə dözümlülüyü, yuxu ritmi və sinir zədələnməsinin qarşısının alınması kimi sinergist təsirləri sinir sisteminin sağlam fəaliyyətini təmin edir.

5. Əzələ yığılması və boşalması: Əzələ yığılması, əzələ liflərindəki aktin və miozin zülallarının qarşılıqlı təsiri ilə baş verir. Mg+2, bu qarşılıqlı təsirdə rol oynayan fermentlərin aktivləşməsinə təsir edərək əzələ yığılmasını tənzimləyir. Aktin və miozin arasındakı qarşılıqlı əlaqəni tənzimləyən fermentlərin doğru fəaliyyət göstərməsi üçün Mg+2 səviyyəsinin kifayət qədər olması lazımdır.

6. Sinir ötürülməsi:  Mg+2, sinir hüceyrələrinin membran potensialını və elektrik aktivliyini tənzimləyərək sinir ötürülməsinə təsir edir. Sinir hüceyrələrində Mg+2 səviyəsinin kifayət qədər olması, sinir siqnallarının daha effektiv bir şəkildə əzələ liflərinə çatmasını təmin edir və əzələ yığılmasının tənzimlənməsinə yardım edir.

7. ATF yaranmasıMg+2, ATF-in sintez edilməsi və əzələ hüceyrələrində istifadəsi mərhələlərində önəmli bir rol oynayır. Əzələ hüceyrələrindəki Mg+2, ATF-in yaranmasıda rol oynayan fermentlərin aktivləşməsini dəstəkləyərək enerji istehsalını təmin edir.  

8. Kalsium balansı: Kalsium, əzələ yığılmasının başlamasında önəmli rol oynayır. Mg+2, kalsium səviyyələrinin tənzimlənməsində effektiv bir mineraldır. Mg+2 -un əzələ yığılmasındakı bu təsirlərinə, əzələ hüceyrələrinin doğru şəkildə fəaliyyət göstərməsi, sinir impuslarının effektiv bir şəkildə ötürülməsi, enerji yaranmasının dəstəklənməsi və kalsium balansının qorunması aiddir.

 

Göstərişlər:

-          Sinir həssaslığı;

-          Zəif yuxu pozuntuları;

-          Mədə-bağırsaq spazmları;

-          Yorğunluq;

-          Ağrı və əzələ spazmları;

-          Qarışqa gəlmə hissi kimi simptomlarla müşahidə edilər, izolə edilmiş və ya digər Maqnezium çatışmazlığı hallarında;

-          İşemik tip (kəskin və sağalma dövrü) və hemorragik tip (bərpa dövrü);

-          Beynin involutional və degenerativ prosesləri fonunda psixoorqanik sindrom;

-          Yaşlılarda yaddaşın pozulması;

-          Çaşqınlıq, oriyentasiyanın pozulması;

-          Motivasiya və təşəbbüsün azalması;

-          Konsentrasiyanın azalması ilə xarakterizə olunan serebrovaskulyar çatışmazlıq və ya birincili və ikincili koqnitiv pozğunluqların nəticələri;

-          Qocalıqda davranış və affektiv sferanın pozulması - emosional labillik;

-          Artan əsəbilik, marağın azalması;

-          Qocalıq psevdomelanxoliya;

-          Multiinfarktlı demans;

  

İstifadə qaydası:

1 kapsuldan gündə 2-3 dəfə qəbul edilməlidir.

 

Buraxılış forması:

OdriMax №30 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

   

Keywords:

Magneb6

Maqneb6

Magne b6

Yorğunluq dermanı

Esebilik dermani

Sakitlesdirici derman

 

Комментарии (0)