• +994 55 966 55 44
  • info@medicalgroup.az

Nonevrit Sirop

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    05.06.2023 16:21
  • Kateqoriya:    Sinir sistemi
  • Baxış sayı:    3732


TƏRKİBİ:  Hər 5 ml-də

 

Uridin (Uridine).................100 mq

Sitidin (Cytidine)............100 mq
Vitamin B12.............................8 mkq

Sink (Zink)..................................5 mq

   

XÜSUSİYYƏTLƏRİ:
Nonevrit Siropun tərkibinə daxil olan kompanentlər hematoensefalitik baryeri keçərək, mərkəzi sinir sistemində bir sıra prosesləri aktivləşdirir, sinir toxumasının tənəffüsünü və enerji sintezini təmin edir. Uridin, Sitidin təsirini tamamlayaraq, neyronal quruluşların və mielin qatının qlikolipidlərinin sintezində vacib koenzim kimi iştirak edir. Uridin QAYT-ın mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvulsant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir. Sitidin neyronal membranı formalaşdıran lipid komplekslərinin, xüsusilə mielin qatının əsas komponenti olan sfiqnomielinin sintezində iştirak edir. Sitidin hüceyrə metabolizmində böyük  əhəmiyyətə malik olan (məsələn, zülalların sintezi) nuklein turşularının (DNT və RNT) əsas tərkib hissəsidir . Sitidin orqanizimdə membran fosfolipidlərinin sintezini stimulə edir, zədələnmiş akson və mielin qişasının regenerasiyasının və trofikasını təmin edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır. Iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Sinir hüceyrələrində metabolizm sürətlənir, periferik sinir sistemində demielinləşmə prosesləri zəifləyir, mielin qişada regenerasiya proseslərinin aktivləşməsi baş verir. UMF və SMF-in birgə təsiri mielin qatının regenerasiyasına, sinir ötürücülüyünün normallaşmasına və əzələ qidalanmasının bərpasına imkan yaradır.Vitamin B12 (Sianocobalamin) transmetilləşmə prosesində, metioninin, nuklein turşularının, xolinin əmələ gəlməsində, eritrositlərin formalaşmasında iştirak edir. Sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir, beynin işini yaxşılaşdırır. Mielin toxumasına daxil olan lipoproteid qatının sintezində iştirak edən fermentin əmələ gəlməsində iştirak edir. Vitamin B12 orqanizmdə, mərkəzi sinir sistemi sağlamlığını qorumaqda əhəmiyyətli rol oynayır. Karbohidrat, zülal və yağ mübadiləsini tənzimləyir, sinapslarda sinir ötürücülüyündə iştirak edir. Karbohidratların enerji istehsalında, ürək və həzm sistemi əzələlərinin tonusunun qorunmasında böyük rolu vardır. Çatışmazlığı mərkəzi və periferik sinir sisteminin  və ürək damar sisteminin pozğunluğuna səbəb olur. Sink (Zink) DNT-nin replikasiya və transkripsiyasında vacib rol oynayan DNT polimeraza fermentinin əsas komponentlərindən biridir. DNT birləşdirici zülallar (histidin və sistein) arasında rabitəsini təşkil edir. İnsan imunitetində T və B Limfosit hüceyrələri arasında normal balansı tənzimləyir, neyroendokrin hormonların, xüsusilə insulinin və boy hormonunun sintezində iştirak edir. NONEVRIT sirop neyromediator sintezini və neyronlar arası əlaqələri artıraraq koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur. Travmatik zədələnmədən sonra sinirlərin regenerasiyasını sürətləndirir.

 

GÖSTƏRIŞLƏRI:

İşemik ensofalapatiya, Uşaq serebral iflici.

Epilepsiyanın kompleks müalicəsində.

Psixomotor inkişafın ləngiməsi və intellektual qabiliyyətin zəifləməsi.

Uşaqlarda yaddaş, diqqət və hissiyat pozğunluğu.

Neyrosensor pozğunluqlar (qulaq küyləri, başgicəllənmə).

Toksiki, infeksion mənşəli sinir zədələnmələri.

Kəllə-beyin travmaları zamanı yaranan astenik, psixogen, nevrotik hallar kompleks müalicəsi.

Ekstrapiramidal pozğunluqlarla müşahidə olunan neyroleptik sindrom.

Metabolik (diabetik polinevrit və s.), infeksiya mənşəli və orqanizmin həddən artıq soyuması nəticəsində yaranan neyropatiyalar.

Enurez.

   

İSTİFADƏ QAYDASI VƏ DOZA:

0 - 3 yaş 2,5 ml  gündə - 1 dəfə;

3 - 6 yaş 2,5 ml  gündə - 2 dəfə;

6 - 12yaş 2,5ml  gündə - 3 dəfə;

12 yaşdan yuxarı və böyüklər 5 ml gündə 2 dəfə qəbul olunur.

 

ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

 

BURAXILIŞ FORMASI:  NONEVRIT Sirop 120 ml  şüşə flakonda, içlik vərəqəsi və ölçü qapağı ilə.

 

SAXLANMA QAYDASI: 25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.


MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “Azerbaijan Medical Group”

  

Keywords:

Sinir dermani

Sinir agrisi ucun derman

Yerini batirma dermani

Sidiyi saxlaya bilmeyen usaqlar ucun derman

Usaq ucun yaddas dermani

 

Rəylər (0)