• +994 55 966 55 44
  • info@medicalgroup.az

BRAİNmed

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    12.05.2023 17:24
  • Kateqoriya:    Qan damar sistemi
  • Baxış sayı:    3519


Tərkibi: Hər 1(bir) kapsulun tərkibinə daxildir:

Dəmir fumarat (20 mq təmiz Dəmirə ekv.)...........................60.86 mg

Fol turşusu......................................................................................................................0.4 mg

Sianokobalamin 1% (4.5 mkq B12 vitamininə ekv.)............450 mkg

L-askorbin turşusu (C Vitamini)................................................................58 mg

 

BRAİNmed - in tərkibindəki Dəmir fumarat - hemoqlobin sintezinin zəruri amili və onun əsas tərkib komponentlərindən biridir. Dəmir defisitli anemiyalar ümumi qan azlığı xəstəliklərinin 80% -ni təşkil edir. Dəmir çatışmazlığı ilə bağlı anemiyalarda eritrositlərin ölçüsü normal şəxslərdə olduğundan kiçik, içərisindəki hemoqlobinin miqdarı isə az olur. Orqanizmdə dəmirə təlabatın artdığı bəzi hallarda da məsələn, hamiləlik zamanı (hamilə qadınlar gündəlik qida rasionundan əlavə olaraq-döl üçün 2,5 mq dəmir almalıdırlar), uşaqlarda sürətli boyatma və cinsi yetişkənlik dövründə (uşaqların gündəlik dəmirə təlabatı təqribən 1mq olsa da, cinsi yetişkənlik dövründə bu miqdar 1.5-2 mq-a qədər artır), temperatur ilə keçən xroniki xəstəliklərdə və s. dəmir defisitli anemiya əlamətləri meydana çıxa bilər. Dəmir orqanizmdə ancaq ionlaşmış şəkildə, xüsusən iki valentli ion halında yaxşı sorulur.

 

Fol turşusu - Fol turşusu makrositar anemiyaların (alimentar,dərman mənşəli, hamiləlik zamanı baş verən meqaloblastik anemiya və s) müalicəsində əsas dərman maddəsi hesab olunur. Fol turşusu hiperxrom anemiyaların demək olar ki, bütün növlərində B12 vitamini ilə birlikdə işlətmək məsləhət görülür.Bu onunla əlaqədardır ki, fol turşusundan sərbəst- monopreparat kimi istifadə etdikdə o, qanın tərkibini normallaşdırsa da ümumi nevroloji pozğunluqları daha da dərinləşdirir.Yalnız kombinə olunaraq istifadə edildikdə (B12 vitamini hesabına) nevroloji pozğunluqların korreksiyası baş verir, diğər tərəfdən, B12 vitamininin özünün sümük iliyində qan yaranma prosesində aktiv iştirakı üçün fol turşusunun olması zəruridir.

 

B12 vitamini - Hipoxrom anemiyalarda həmçinin tərkibində kobalt olan (sianokobalamin) preparatlardan da istifadə olunur. Məlumdur ki, hipoxrom anemiyalar zamanı dəmir preparatlarından istifadə bir qayda olaraq hemoqlobin və toxuma hem fermentləri sisteminin əmələ gəlməsini təmin edir. Kobalt isə sümük iliyinə qıcıqlandırıcı təsir göstərdiyi üçün eritropoezi sürətləndirir, hemoqlobinin biosintezi prosesində dəmirin mənimsənilməsini yüksəldir, bağırsaqdan dəmirin sorulmasını təmin edir. Eritropoetinin (orqanizmdə eritropoezi tənzim edən hormon təbii endogen boy faktoru) əmələ gəlməsini stimulə edir.

 

C vitamini - Askorbin turşusu dəmirin sorulmasında əhəmiyyətli rol oynayır. C vitamini orqanizmdə normal səviyədə olmadıqda dəmirin bağırsaqlardan sorulması pozulur və nəticədə dəmir defisitli aneemiyaya gətirib çıxarır. Eyni zamanda immunitetin zəifləməsi kimi digər patalogiyalar da meydana çıxır.

 

BRAİNmed -in istifadəsinə göstərişlər:

- Dəmir defisitli anemiyalar;

- Kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində -yaranan anemiyalar;

- Hormonal, Psixotrop, Kontraseptik və qıcolma əleyhinə preparatların uzun müddətli qəbulu zamanı yaranan anemiyalar.

- Hamiləlik və laktasiya dövründə yaranan anemiyalar;

- Hamiləliyin ikinci və üçüncü trimestrində, doğuşdan sonrakı dövrdə və Laktasiya dövründə dəmir və fol turşusu çatışmazlığının profilaktikası;

- Xroniki qanitirmə (mədə-bağırsaq qanaxmaları, hemorraidal qanaxmalar, menometrorragiya);

- Natamam qidalanma səbəbi ilə yaranan anemiyalar;

- Qurd xəstəlikləri (tükbaş qurd qanla qidalanır) nəticəsində yaranan anemiyalar;

- Cərrahi əməliyyatlardan sonrakı anemiyanın müalicə və profilaktikasında;

  

BRAİNmed -in istifadə qaydası:   14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsuldan  gündə 2 dəfə.

Buraxılış forması:   BRAİNmed  №30  (kapsul).

İstehsalçı:        JSC Aconitum, Kaunas,  Litva.    

keywords:

braynmed

breynmed

breinmed

qan dermanı

qan artiran derman

qansizliq ucun derman

qanazligi dermani

demir catismazligi

  

Rəylər (0)