• +994 55 966 55 44
  • info@medicalgroup.az

Nonevrit

  • Опубликовано:    Medical Group
  • Дата публикации:    29.11.2023 17:04
  • Категория:    Sinir sistemi
  • Количество просмотров:    9015


Tərkibi:      Təsiredici maddələr- Hər 1 (bir) kapsulun tərkibində

Uridine (5mono-di-trifosfat)............100 mq

Citidinea (5mono-di-trifosfat).......100 mq

Fosfotidilxolin......................................................50 mq

Fosfatidilserin.................................................... 40 mq

B12 vitamini.........................................................4.5 mkq

Sink.................................................................................. 5 mq

 

Farmakoloji qrup: Neyroprotektor, neyrometabolik, nootrop.

 

Farmakoloji təsiri: Nonevrit preparatının tərkibinə daxil olan nukleozidlər: sitidin və uridin sinir sistemi xəstəliklərinin müalicəsində vacib komponentlərdir. Uridin hematoensefalitik baryeri keçərək mərkəzi sinir sistemində bir sıra prosesləri (Krebs, suksinat tsiklini) aktivləşdirir, hətta işemiya şəraitində toxuma tənəffüsünü və enerji sintezini təmin edir. Süd turşusu və ammonyakın yığılmasının qarşısını alaraq asidozu və xroniki yorğunluğu aradan qaldırır. Sitidin və uridin mielin qişasının əsas tərkib hissəsi olan sfinqomielin və serebrozidlərin sintezini stimulə edərək sinir liflərinin mielinizasiyasını, zədələnmiş akson və mielin qişasının regenerasiyasını və əzələ trofikasını təmin edir. Orqanizmdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır, iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Nonevrit, neyromediator sintezini və neyronlar arası əlaqələri artıraraq koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur. Uridin QAYT-nun mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvulsant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir. Sink, nuklein turşularının sintezini artırır, yaddaşı, diqqəti yaxşılaşdırır, güclü antioksidant xüsusiyyəti var. Sink, neyrogenez prosesində iştirak edir, DNT-nin sintezini artırır,  koqnitiv funksiyaları  yaxşılaşdırır. B12 defisiti zamanı onurğa beyninin yan və arxa sütunlarının degenerasiya və sklerozu inkişaf edir ki, bu proses funikulyar mieloz adlanır. Bu zaman ətraflarda keyimə, iynə batması, qarışqa gəzintisi hissiyyatı əmələ gəlir və xəstələr yeriməyin çətin olmasından şikayət edir. B12 vitamini neyronlar üçün mielin qatıdır. Defisit əmələ gəldiyi zaman tamlıq pozulur və sinir hüceyrələrinin geri dönməyən məhvi nəticəsində sinir uclarına impulsun ötürülməsi pozulur. Nəticədə hissiyyat itir. Boy artımı ləngiyir, hərəkət koordinasiyası və nəsiltörətmə qabiliyyəti pozulur.

Avropada (Italiya) aparılan araşdırmada 6 ay ərzində sitidin difosfat (CDP) –xolin ilə müalicə olunan optik neyropatiyalı 26 xəstənin klinik tədqiqatı göstərdi ki, CDP-xolin bu xəstələrdə optik (görmə) sinirlərin bərpasında təsirlidir. 

UDP (uridin-di-fosfat) gözdaxili mayenin sintezi və drenajını modülə edərək göz daxili təzyiqi azaldır. Bunu siliar cisimcikdə və trabekular torda olan P2Y6 reseptorlarının ekspressiyası yolu ilə edir. İspaniyada aparılmış bir çalışma bunu təstiqləmişdir.

2017-ci ildə Madriddə aparılar başqa bir çalışma P2Y (P2Y1, P2Y2 və P2Y6) purinergik reseptorlarının aktivasiyasının gözdaxili təzyiqi azaltdığını göstərmişdir. Uridin də öz növbəsində purinergik reseptorları aktivləşdirir.


Göstərişləri:

  •  Mərkəzi və periferik sinir sisteminin xəstəlikləri

  •  Kəskin və xroniki beyin qan dövranı pozğunluqları ( o cümlədən, insult, dissirkulyator ensefalopatiya və s.), üzvi serebrovaskulyar çatışmazlıq

  •  Koqnitiv pozğunluqlar və yaddaş zəifliyi ilə müşayiət olunan xəstəliklər

  •  Psixoemosional pozğunluqlar: qorxu, həyəcan, depressiya, yuxu pozğunluqları və s.

    Kəllə sinirlərinin zədələnməsi (o cümlədən, üçlü sinirin nevralgiyası və nevriti, atipik üz ağrıları, üz siniri nevriti və s.), kəllə-beyin travmaları

 • Sinir kökləri və sinir kələflərinin zədələnməsi (radikulopatiyalar, lümbaqo, lümbalgiya, lüm-boişalqiya, pleksitlər, qabırğaarası nevralgiyalar, tunel sindromu)

    Müxtəlif mənşəli polineyropatiyalar (endokrin,autoimmun, alkohol)

    Görmə sinirinin atrofiyası, retinopatiyalar, qlaukomanın kompleks müalicəsi, çəpgözlük

    Kəmərləyici dəmrov

 

 Əks göstərişləri: Preparatın tərkib hissəsinı qarşı hiperhəssaslıq.

 

İstifadə qaydası: Preparat qidadan asılı olmayaraq daxilə qəbul edilir. 12 yaşdan yuxarı uşaqlar və böyüklər  1 kapsul gündə 2 dəfə qəbul olunur.

 

Əlavə təsirləri: Nadir hallarda allergik reaksiya.

 

Buraxılış forması: №30 kapsul

 

İstehsalçə ölkə: IMHOTEP İlac, İstanbul/Türkiye.

  

Keywords:

Sinir dermani

Yaddas dermani

Eseb dermani

Insult dermani

Sinir agrisi dermani


Комментарии (2)


Profile Picture
İkram Dostuyev

12.05.2021 18:35

Salam. Təqdim etdiyiniz nonevrit kap. hansı optekdən və ya depodan ala bilərəm. Heç bir yerdə yoxdu


Profile Picture
Anar Nurullayev

11.07.2021 22:57

Salam İkram bəy bakıda tibb universitetinin yaxınlığında vahid aptekdə var bu dərmandan