• +99455 677 66 22
  • info@medicalgroup.az

Derol Kids

  • Əlavə edən:    Medical Group
  • Əlavə olundu:    19.02.2021 09:23
  • Kateqoriya:    Dayaq hərəkət sistemi
  • Baxış sayı:    1348

Farmakoloji  xüsusiyyətləri:                                                                       

Dvitamini (Xolekalsiferol) D3 vitamini ultrabənövşəyi şüaların təsiri ilə dəridə 7-dehidroxolesteroldan sintez edilir. Daha sonra qaraciyər və böyrəklərdə hidroksilləşərək aktiv formaya (kalsitriol) çevrilir. D vitamini orqanizmdə kalsiumun sorulmasını və istifadəsini təmin edir. Sümük toxuması əsas 3 növ hüceyrələrdən təşkil olunmuşdur. Osteoblastlar, osteoklastlar ve osteositlər sümük matriksinin əsas hüceyrələridir. Bu matriksin sağlamığını təmin edən ən önəmli faktorlar  Ca və D vitaminidir. D vitamini orqanizmdə iki əsas funksiyanı yerinə yetirir:         

1)  Ca-un bağırsaqlardan qana sorulması.

2)  Qanda Ca-un normal səviyyələrdə saxlanması.                                                                                                                                                                                                                            

D-vitamini qanda Ca-u normal səviyyələrdə saxlamaq üçün onun, bağırsaqlardan sorulması ilə yanaşı  orqanizmdə Ca-un ən böyük deposu olan sümük və dişlərdən də Ca-un qana ötürülməsini və əksini təmin edir. 

K2 vitamini (Menaksinon-7)-   K2 vitamini orqanizmdə bakterialar tərəfindən sintez olunur və əsas olaraq bakteriaların yaranma prosesində istifadə olunan qidaların tərkibində olur. Kvitamininin əsas mənbələri fermentasiya olunmuş məhsullar, ət və pendir kimi süd məhsullarıdır. K2 vitamininin fərqli MK formaları vardır. Ən təbii və təsirli forması fermentasiya ilə yaranan MK-7'dir. Kvitamini məhdud ölçüdə bağırsaq bakteriaları E. Coli və ileum (nazik bağırsaq) və kolonda (yoğun bağırsaq) yaranır.

Kvitamini sümük yaranması və sağlamlığının qorunmasında, eyni zamanda damarlarda kalsium toplanmasının qarşısının alınmasında rolu baxımında önəmli olan bir vitamindir. K2 vitaminin orqanizmdə iki əsas rolu var:

1)      Qandakı kalsiumun sümüklərdə  və dişlərdə toplanmasını təmin edərək bu toxumaları gücləndirir

2)      Ca-un damar və böyrək kimi yumşaq toxumalarda toplanmasının azaldır və damarların kirəcləşməsinin qarşısını alır, böyrək kanalcıqlarında filtrasiyanın azalmasının qarşısını alır.

Göstərişləri:

Süd dişlərinin vaxtında çıxması və vaxtından əvvəl tökülməsinin qarşısının alınması, daimi dişlərin  vaxtında çıxması, dişlərdə karies profilaktikası, diş əti qanaxmaları, dişlərin ovulması, dişlərdə teztez  baş verən sınıqlar, dişlərin vaxtından əvvəl tökülməsi, çənə və əng (alt və üst çənə) sümüklərinin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə, ən vacibi də odur ki, implantların osteointeqrasiyasını sürətləndirir, D vitamini və K vitamini defisiti, kalsium mənimsənilməsi və metabolizmində olan pozuntular, osteoporoz, immunitetin zəifləməsi, sümüklərdə baş verən sınıqlar zamanı kompleks müalicədə istifadə edilir.

 

Hər 0.2 ml-nin  (6 damcının) tərkibində

Təsiredici maddələr:   MK7 kimi K2 vitamini (Menaksinon-7 miqdarı min. 0.45%) – 5.0 mg,

Xolekalsiferol yağda (D3 vitamini) (Xolekalsiferol miqdarı min. 2.5%) – 0.48  mg 

Köməkçi maddələr: MCT Oil (refined) / MTC yağı (saflaşdırılmış), tocopherol rich extract / tokoferol zəngin ekstrakt.

İstifadə qaydası: 

 1-3  yaş arası uşaqlar 1 damcıdan gündə 1 dəfə;

 3-7  yaş arası uşaqlar 4 damcıdan gündə 1 dəfə;

7-14 yaş arası uşaqlar 5 damcıdan  gündə 1 dəfə;

 14  yaşdan yuxarı  uşaqlar və böyüklər 6-9 damcıdan gündə 1 dəfə.

 

Buraxılış forması: Derol Kids 10ml -damcı, şüşə flakonda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Əks göstərişləri: Nadir hallarda  preparatın  komponentlərindən  hər  hansı  birinə  qarşı  fərdi  həssaslıq.
Hamiləlik və laktasiya zamanı: Hamiləlik və laktasiya dövründə həkim nəzarəti altında  istifadə edilə bilər.

İstehsal: PharmaLinea Ltd., Cesta v Mestni log 88a, Sl-1000 Ljubljana, Sloveniya lisenziyasina  əsasən ErgoPharma d.o.o., Gaji 1, Sl-3000 Celje, Sloveniya tərəfindən istehsal olunub.

Distributor: Azerbaijan Medical Group”


Rəylər (4)


Profile Picture
Leyla Quliyeva

02.05.2023 16:30

TERKIBI COX GOZELDIR


Profile Picture
Vefa Abbasova

02.05.2023 16:30

KORPELER UCUN COX FAYDALIDIR SUPER COX SAGOLUN


Profile Picture
Sabina Ahmadova

02.05.2023 16:31

MEN COX SEVDIM GOZEL MEHSULDUR ISE YARAYIR


Profile Picture
Leyla Quliyeva

02.05.2023 16:31

AXSAMINIZ XEYIR MEHSUL HAQQINDA REY BILDIRMEK ISTEYIREM HEGIGETEN DE DEYILDIYI KIMIDIR ELADIR